UEFA çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün "Leyptsiq"in qonağı olacaq PSJ-nin futbolçuları Almaniyada liftdə qalıblar.
 
Matc.az xəbər verir ki, bu barədə Paris klubunun müdafiəçisi Leven Kurzava "İnstagram" hesabında paylaşım edib.
 
O, bir neçə komanda yoldaşı ilə birgə liftdə qaldıqlarını bildirib. Almaniyadakı oteldə baş verən hadisə zamanı oyunçular bir saatdan çox orda gözləməli olublar. Onların liftdən çıxarılması üçün xilasedicilər köməyə gəliblər.
 
"Leyptsiq" – PSJ oyunu bu gün, saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest