Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Renn"lə qarşılaşacaq "çelsi" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, London klubunun yarımmüdafiəçisi Kristian Pulişiç zədələnib.
 
Bu barədə komandanın baş məşqçisi Frenk Lempard məlumat verib:
 
"Pulişiç budundan yüngül zədə alıb. Zədənin kiçik olması bizi sevindirir. O, artıq məşqlərə başlayıb, amma "Renn"lə oyuna hazır olmayacaq".
 
"çelsi" – "Renn" oyunu bu gün, saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest