Bu gün futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin üçüncü turuna start verilib.

Matc.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında 8 oyun keçirilib.

Turnirin son qalibi "Bavariya" Avstriyada "Zalsburq"un qonağı olub və darmadağına sevinib. A qrupunun digər favoriti "Atletiko" da səfərdə Moskva "Lokomotiv"ini sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib.

İlk iki turdan sonra B qrupunun sonuncu pilləsində qərarlaşan "Real" "İnter"i qəbul edib. Madrid təmsilçisi beş qolun qeydə alındığı bu oyunda ilk qələbəsini rəsmiləşdirib.

C qrupunda itkisiz irəliləyən "Mançester Siti" "Olimpiakos"la münasibətlərinə aydınlıq gətirib. "Şəhərlilər"in darmadağına sevindiyi gündə, "Portu" da Marsel "Olimpik"inə 3 cavabsız qolla qalib gəlib.

D qrupunda isə liderlər İtaliyada üz-üzə gəliblər. Qələbələri sıralayan "Liverpul" "Atalanta"nın qonağı olub. İngiltərə çempionu rəqibini səfərdə darmadağın edib. "Ayaks" da "Midtyulland"la səfər oyunundan qalib ayrılıb.

UEFA çempionlar Liqası
Qrup mərhələsi

3 noyabr

A qrupu

"Lokomotiv" (Rusiya) – "Atletiko" (İspaniya) 1:1
Qol: Mirançuk, 25-pen – Ximenes, 18.

"Zalsburq" (Avstriya) – "Bavariya" (Almaniya) 2:6
Qol
: Berişa, 4. Okuqava, 66 – Levandovski, 21-pen; 88. Kristensen, 44-öz qapısına. Boatenq, 79. Sane, 83. L.Hernandes, 90+2.

Bavariya – 9, Atletiko – 4, Lokomotiv – 2, Zalsburq – 1.

B qrupu

"Şaxtyor" (Donetsk, Ukrayna) – "Borussiya" (Münhenqladbax, Almaniya) 0:6
Qol: Plea, 8; 26; 78. Bondar, 17-öz qapısına. Bensebaini, 44. Ştindl, 65.

"Real" (İspaniya) – "İnter" (İtaliya) 3:2
Qol: Benzema, 25. S.Ramos, 33. Rodriqo, 80 – Martines, 35. Perişiç, 68.

Borussiya – 5, Real – 4, Şaxtyor – 4, İnter – 2.

C qrupu

"Mançester Siti" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan) 3:0
Qol: F.Torres, 12. Q.Jezus, 81. Kanselo, 90.

"Porto" (Portuqaliya) – "Olimpik" (Marsel, Fransa) 3:0
Qol: Mareqa, 4. S.Oliveyra, 28-pen. L.Dias, 69.

Mançester Siti – 9, Portu – 6, Olimpiakos – 3, Olimpik – 0.

D qrupu

"Midtyulland" (Danimarka) – "Ayaks" (Niderland) 1:2
Qol: Dreyer, 18 – Entoni, 1. Tadiç, 13.

"Atalanta" (İtaliya) – "Liverpul" (İngiltərə) 0:5
Qol: Jota, 16; 33; 54. Salah, 47. Mane, 49.

Liverpul – 9, Atalanta – 4, Ayaks – 4, Midtyulland – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest