İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Alfonso Pedraza Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, 24 yaşlı cinah oyunçusu 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.
 
90 dəqiqə meydanda olan ispan oyunçu qələbə qazandıqları üçün sevindiyini bildirib: "İkiqat xoşbəxtəm. Qarşılaşma asan olmadı. Amma bu şəkildə qələbə qazananda daha çox zövq alırsınız".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest