“Beşiktaş” daha bir ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Gökhan Töre zədələnib.
 
Əzələsində yırtıq aşkarlanan futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
 
Bu üzdən də o, komandanın son məşqinə qatılmayıb. Töre ilə yanaşı, Kevin Nkudu, Aydin Hasiç və Atakan Üner də zədə səbəbindən hazırlıqdan kənarda qalıb və növbəti oyunu buraxacaqlar. Super Liqanın 7-ci turu çərçivəsində baş tutacaq “Yeni Malatyaspor”la oyunda Jozef de Souza da iştirak etməyəcək. Digərlərindən fərqli olaraq, De Souza qırmızı vərəqə aldığı üçün cəzalıdır.
 
Bazar günü baş tutacaq “Beşiktaş” – “Yeni Malatyaspor” matçına yerli vaxtla saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest