"Liverpul"un yarımmüdafiəçisi Corcinyo Veynaldum klubu ilə müqavilə yeniləmək istəmir. Matc.az xəbər verir ki, oyunçunun "Barselona"ya keçəcəyi yönündə söz-söhbətlər var.

Veynaldumun komandanın baş məşqçisi Yurgen Kloppla danışdıqdan sonra "Liverpul"da qalmağa qərar verdiyi bildirilmişdi. Ancaq 29 yaşlı futbolçu "qırmızılar"ın müqavilə uzatmaq təklifini rədd edib. Niderlandlı yarımmüdafiəçinin Premyer Liqa təmsilçisi ilə gələn ilin sonuna qədər sözləşməsi var.

Qeyd edək ki, futbolçu ötən mövsüm çempionatda 37 oyun keçirib və 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest