ötən mövsüm "Qarabağ"ın heyətinə qatmaq istədiyi, bu yay "Fənərbaxça"dan azad agent statusu ilə ayrılan Alper Potukun yeni komandası müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Ankaragücü" ilə anlaşıb.
 
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
 
"Əskişəhərspor"un yetirməsi olan, 2009-2013-cü illər aralığında məhz bu klubun uğurları üçün çalışmış Alper, son 7 ili "Fənərbaxça"da keçirib. Türkiyə yığmasının da formasını geyinmiş futbolçu İstanbul təmsilçisinin heyətində 150-dən çox oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest