Almaniyanın "Bayer" klubu yarımmüdafiəçisi Kərim Bellarabi ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Mərakeş və Qana əsilli almaniyalı yarımmüdafiəçi yeni müqaviləyə əsasən daha 3 il Leverkuzen klubunun formasını geyinəcək. 30 yaşlı oyunçunun əvvəlki sözləşməsinin müddəti 2021-ci ilin yayınadək idi.
 
Qeyd edək ki, ötən mövsüm "Bayer"in heyətində 39 oyun keçirən Bellarabi 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest