“Qarabağ”ın futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
 
Matc.az xəbər verir ki, təmsilçimiz Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdırsa, 2-ci təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alacaq.
 
"Qarabağ"ın 2-ci təsnifat mərhələsindəki potensial rəqibi:
 
“Midtyulland” (Danimarka)
 
“Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi
 
“Floriana” (Malta) – CFR (Rumıniya) cütünün qalibi
 
“Ferensvaroş” (Macarıstan) – “Yurqorden” (İsveç) cütünün qalibi
 
"Çelye" (Sloveniya) - "Dandolk" (İrlandiya) cütünün qalibi
 
"Flora" (Tallin, Estoniya) - "Suduva" (Litva) cütünün qalibi
 
"Klaksvik”(Farer adaları) - "Slovan" (Slovakiya) cütünün qalibi
 
"Dinamo" (Tiflis, Gürcüstan) - "Tirana" (Albaniya) cütünün qalibi
 
"Ararat" (Ermənistan) - "Omoniya" (Kipr) cütünün qalibi isə
“Qarabağ”la qarşılaşa bilməz.
 
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin püşkü sabah atılacaq. Bu mərhələnin qarşılaşmaları 25-26 avqustda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest