Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
 
Matc.az xəbər verir ki, UEFA püşkatma ərəfəsində 34 iştirakçını 5 qrupa ayırmışdı.
 
Bunlardan üçündə 6, ikisində 8 iştirakçı yer almışdı. Azərbaycan çempionu “Qarabağ” 4-cü qrupda səpələnmiş 4 komandadan biri idi. Təmsilçimiz bu qrupun səpələnməmişlərdən biri ilə üz-üzə gələcəkdi ki, Qurban Qurbanovun yetirmələrinin mümkün rəqibləri “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Tirana” (Albaniya) və “Sileks” (Şimali Makedoniya) komandalarıydı.
 
İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Ağdam klubu “Sileks”lə rəqib olub. Bir oyundan ibarət olacaq 1-ci təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək. Meydan sahibi olacaq komanda püşk vasitəsilə müəyyənləşib. “Qarabağ” ilk mərhələdə ev sahibi olacaq.
 
UEFA Çempionlar Liqası
2020/21 mövsümü
1-ci təsnifat mərhələsi
 
1-ci qrup
 
“Ferensvaroş” (Macarıstan) - “Yurqorden” (İsveç)
“Seltik” (Şotlandiya) - “Reykyavik” (İslandiya)
“Legiya” (Polşa) - İlkin mərhələnin qalibi
 
2-ci qrup
 
“Şerif” (Moldova) - “Fola” (Lüksemburq)
“Konnah Kuey” (Uels) - “Sarayevo” (Bosniya və Herseqovina)
“Srvena Zvezda” (Serbiya) - “Europa” (Cəbəllütariq)
 
3-cü qrup
 
“Buduçnost” (Monteneqro) - “Lüdoqorets” (Bolqarıstan)
“Ararat” (Ermənistan) - “Omoniya” (Kipr)
“Floriana” (Malta) - ÇFR (Rumıniya)
 
4-cü qrup
 
“Makkabi” (Təl-Əviv, İsrail) - “Riqa” (Latviya)
“Qarabağ” (Azərbaycan) - “Sileks” (Şimali Makedoniya)
“Dinamo” (Tbilisi, Gürcüstan) - “Tirana” (Albaniya)
“Dinamo” (Brest, Belarus) - “Astana” (Qazaxıstan)
 
5-ci qrup
 
“Molde” (Norveç) - “KuPS” (Finlandiya)
“Flora” (Estoniya) - “Suduva” (Litva)
“Çelye” (Sloveniya) - “Dandolk” (İrlandiya)
“Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest