 
 
	Fransanın "Monako" klubu heyətini yeni futbolçuyla gücləndirib.
	Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Reyms"dən Aksel Disasini transfer edib.
	Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçiylə 5 illik müqavilə imzalanıb.
	Disasi ilə İngiltərənin "Arsenal" klubu yaxından maraqlanırdı. Bir müddət əvvəl futbolçunun "topçular"la razılaşdığı da iddia olunurdu.
	Disasi son mövsümdə Liqa 1-də 27-də oyunda iştirak edib.
				
         	
                                             
               
 
             
 















