"UEFA-nın əsas tələbi odur ki, istənilən halda, oyunlar keçirilməlidir".

Bunu "Qarabağ"ın baş meneceri Asif Əsgərov qitə futbol qurumundan avrokuboklarda iştirak edəcək komandalara yeni qaydalarla bağlı göndərdiyi məktub barədə danışarkən deyib.

Klub rəsmisinin sözlərinə görə, komandalardan hansısa öhdəliyi yerinə yetirə bilməsə və bu səbəbdən, oyun baş tutmasa, həmin kollektivə texniki məğlubiyyət veriləcək.

Əsgərov bildirib ki, mövcud vəziyyətlə bağlı klublara neytral meydanda oynamaq təklif olunub: "Hansı komanda rəqibini öz ölkəsində qəbul edə bilməyəcəksə, onlar alternativ olaraq neytral meydanda oynamalıdırlar. Yaxud da ev sahibləri razı olarsa, UEFA-nın da icazəsi ilə onlar rəqib meydanında qarşılaşa bilərlər".

Bunlarla yanaşı, klub rəsmisi UEFA avrokubokların təsnifat mərhələlərinin oyunları üçün səfərə yollanacaq komandalara pul ayıracağını sözlərinə əlavə edib.

Qeyd edək ki, çempionlar Liqasında 2020/2021 mövsümünün I və II təsnifat mərhələlərinin püşkatması 9 - 10 avqustda, Avropa Liqasında I təsnifat mərhələsinin püşkatması isə 10 avqsutda keçiriləcək. (report)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest