"Bavariya" müdafiəçisi Jerome Boatenqi satmağı düşünür. Matc.az “Spord Bild” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu klubun gələcək planlarına daxil deyil.

Məlumata görə, rəhbərlik Boatenqi satmaq niyyətində olsada, onun üçün rəsmi təklif yoxdur. Futbolçunun Münxen təmsilçisi ilə müqaviləsi 2021-ci ilə qədərdir.

Boatenq 2011-dən "Bavariya"da oynayır. O, bu müddətdə səkkiz Bundesliqa çempionluğu və bir dəfə Çempionlar Liqasını qazanıb.

Qeyd edək ki, almaniyalı müdafiəçi cari mövsüm 24 oyunda iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest