"Barselona"nın prezidenti Xosep Bartomeu Neymarın qayıdacağı barədə çıxan iddialara münasibət bildirib. Matc.az xəbər verir ki, klub rəhbəri məsələ ilə bağlı konkret bir söz deməyib:

 “PSJ-nin hansı oyunçuları satacağını bilmirəm. Neymar hazırda Paris komandasındadır. İndiki durumda transfer bütün klublar üçün mürəkkəb məsələdir”.

Qeyd edək ki, braziliyalı futbolçunun PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatır. O, 2017-ci ildə 22 milyon avro qarşılığında “Barselona”dan Fransa təmsilçisinə keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest