İngiltərənin "Norviç" klubu Premyer Liqanı tərk edərsə, oyunçuların maaşında kəskin eniş olacaq.

Matc.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, klub əmək haqqlarının 50 faizini azaltmaq niyyətindədir. Bildirilir ki, heyətdə ən az maaş alan futbolçu həftədə 61 min funt sterlinq qazanır. Ancaq "Norviç" Premyer Liqanı tərk edərsə, bu rəqəm yarıya salınacaq.

Qeyd edək ki, komanda hazırda 21 xalla sonuncu sıradadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest