"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını Fransada davam etdirə bilər. Matc.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, PSJ-nin idman direktoru Leonardo təcrübəli çalışdırıcını komandanın başında görmək istəyir.

Bildilir ki, Alleqri karyerasını A Seriyasında davam etdirmək niyyətində olsa da, Paris klubunun mümkün təklifi onun fikrinə dəyişə bilər.

Qeyd edək ki, rəhbərlik hazırkı baş məşqçi Tomas Tuxellə müqavilə yeniləməyib. Almaniyalı mütəxəssisin sözləşməsi bir il sonra başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest