"Sabah" klubu iki yeni transfer həyata keçirib. Matc.az xəbər verir ki, "Qəbələ"nin gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlanıb.
 
2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik müqavilə imzalanıb. Hər iki futbolçu Azərbaycan U-21 millisinin üzvüdür.
 
Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçular "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest