FİFA-nın keçmiş rəhbəri Yozef Blatter hazırkı prezident Canni İnfantinonu sərt sərt tənqid edib. Matc.az xəbər verir ki, o, qrum rəhbərini futbolu pula qurban verməkdə günahlandırıb:

"İnfantino əvvəlcə prezidentliyinə gedən yolu təmizlədi. İndi də futbolu nəhəng pul maşınına çevirib. Hər şeyin daha böyük olmasını istəyir. 48 komandalı dünya çempionatı etdi, layihənin adını dəyişdirdi, qadınlararası dünya çempionatında iştirakçıların sayını 24-dən 32-yə çıxartdı. Bunlar qəbuledilməzdir, həzm etmək olmur. İndiki pullar onu razı salmadığı üçün üç qat daha çoxunu qazanmaq istəyir. Həddindən artıq özündən razıdır. Hətta təkkəbbürlüyündən milli federasiyaların rəhbərləriylə yox, ölkələrin prezidentləri ilə danışıq aparır".

Qeyd edək ki, İnfantino 2015-ci ildə Blatterin adının korrupsiya qalmaqallarında iştirak etməsinin ardından vəzifəyə seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest