Almaniyanın "Leyptsiq" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa klubunun futbolçusu Yussuf Poulsen zədələnib. 
 
Bu barədə "Leyptsiq"in rəsmi saytı məlumat yayıb. Xəbərdə Poulsenin bir müddət yaşıl meydanlardan uzaq qalacağı diqqətə çatdırılıb. Danimarkalı hücumçunun sağalma vaxtı açıqlanmayıb.
 
Poulsen bu mövsüm Bundesliqada 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest