"çelsi"nin hücumçusu Villian karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Atletiko" braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, 31 yaşlı oyunçu London təmsilçisindən ayrılmaq istəyir. Onunla daha öncə "Barselona"nın da maraqlandığı iddia edilirdi. Ancaq Madrid klubunun Villian üçün daha əlverişli təklif verdiyi bildirilir.

Qetd edək ki, futbolçu cari mövsüm Premyer Liqada 25 oyun keçirib və 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest