"Barselona" Andre Ter Ştegenlə danışıqları davam etdirir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər anlaşmağa yaxındır.

Məlumata görə, Kataloniya təmsilçisi təcrübəli oyunçuya beş illik müqavilə təklif edib. Ter Ştegen daha öncə "Barselona"da illik 10 milyon avro qazanırdı. Almaniyalı qolkiper yeni sözləşmədə bu rəqəmin 18 milyon olmasını tələb edib.

Bu səbəbdən də tərəflər arasında apreldə keçirilən görüş uğursuz bitmişdi. Ancaq rəhbərliyin onunla yenidən danışıqlara başladığı və yaxın günlərdə anlaşma əldə olunacağı bildirilir.

Ter Ştegenin "Barselona" ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest