 
 
	UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) büro iclası keçirilib. 
	Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videozəng formatında təşkil olunub. İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
	Qeyd edək ki, sözügedən komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdu.
				
         	
                                             
               
 
             
 















