"Barselona"nın sabiq hücumçusu Xavyer Saviola Lautaro Martinesin komandaya faydalı olacağını bildirib. Matc.az xəbər verir ki, o, Messiylə oynamağın da çətin olduğunu söyləyib:

"Martinesin "Barselona" üçün faydalı ola biləcəyinə inanıram. Suares, Messi və digər ulduz futbolçularla yan-yana oynamağın nə demək olduğunu bilirik. Düzdür, bu, asan deyil. Dibala əvvəllər Messi ilə çıxış etməyin çətin olduğunu etiraf etmişdi, mən də onunla razılaşmışdım. çünki Leo ilə birgə mübarizə aparmaq üçün sürətli olmalısan. Messi ilə oynamaq asan görünür, amma qətiyyən belə deyil".

Qeyd edək ki, "Barselona" Martinesin komandaya keçməsi üçün 111 milyon avro ödəməlidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest