"Neftçi" rəhbərliyi əsas komandanın futbolçularından güzəşt gözləyir. Matc.az xəbər verir ki, klubun prezidenti Kamran Quliyev koronavirusun vurduğu ziyanın təsirini azaltmaq məqsədilə müəyyən tədbirlər görməyi qərara alıb.

Onun bir istəyi də oyunçuları müqavilə şərtlərinə yenidən baxmağa razı salmaqdı. "Ağ-qaralar"ın bəzi nümayəndələri artıq komanda üzvləriylə bu haqda danışıqlara başlayıb.

Klubdan daxil olan informasiyaya görə, futbolçular rəhbərliyin təklifiylə razılaşmayıb.

Həm yerli, həm də legionerlər Quliyevin xahişini yerə salıb. üç-dörd nəfərdən savayı.

Əcnəbi oyunçular xəbərdarlıq edib ki, əgər onların müqavilə üzrə pulları tam və vaxtında ödənilməsə, "Neftçi"dən FİFA-ya şikayət ərizəsi yazacaqlar. ümumiyyətlə, paytaxt təmsilçisində Kamran Quliyevə münasibət birmənalı, daha dəqiq desək, xoş deyil.

Kollektivin əksər nümayəndələri prezidentə antipatiya bəsləyir. çünki Qultyev özünü onlara xəsis və sözünün arxasından qaçan şəxs kimi tanıdıb. Kamran bəy futbolçulara verdiyi vədləri dəfələrlə yerinə yetirməyib.

Bu azmış kimi, bir neçə dəfə futbolçuların mükafatını kəsib, və çətin məqamlarda yanlarında olmayıb, qaçıb gizlənib.

Yaxşı deyiblər, özülü necə qoyarsan, evi də elə tikərsən. Kamran Quliyev bəlkə də "Neftçi"nin yeganə prezidentidi ki, futbolçular tərəfindən üzbəsurət təhqir olunub. Bu hadisə isə 2018-ci ilin yazında yaşanıb. 

Yəni, "Sumqayıt"ı atıb, "Neftçi"yə gəldiyi ilk vaxtlarda. Səbəbkar isə Kiril Petrovdu. Ukraynalı legionerin paltardəyişmə otağında prezidentə qeyri-etik jest göstərməsi, çətin ki, burada olanların nə vaxtsa yadından çıxar. ( sportinfo.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest