UEFA bu gün milli assosiasiyaların nümayəndələri ilə videokonfrans keçirib. Matc.az xəbər verir ki, toplantıda koronavirus pandemiyası üzündən Avropada dayandırılan turnirlərin taleyi müzakirə edilib.

UEFA prezidenti Aleksander çeferin bu gun çempionat matçlarının keçirilməsi üçün mövsümn uzadılacağını açıqlayıb. Turnirlərin bərpa vaxtı hələlik dəqiq deyil. Ancaq UEFA birmənalı şəkildə nümayiş etdirib ki, yarışların başa çatmasını istəyir və bunun üçün yollar axtarır.

Qeyd edək ki, Belarus istisna olmaqla bütün Avropa ölkələrində çempionat dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest