İspaniyanın "Barselona" klubu koronavirus pandemiyasının yaratdığı maddi itkiləri tənzimləmək üçün qərarlar verib.
 
Matc.az xəbər verir ki, Kataloniya klubu, bütün əməkdaşlarının məvacibini azaldacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Klubun verdiyi açıqlamada, rəhbərliyin görüş keçirdiyi və bütün əməkdaşların iş gününü, buna uyğun olaraq, müqavilədə nəzərdə tutulan əmək haqqlarını azaltmaq qərarına gəldikləri bildirilib.
 
Bundan başqa, "Barselona" öhdəliyində olan bütün idman obyektlərini pandemiya dövründə Kataloniya səhiyyə təşkilatının ixtiyarına verəcək.
 
Bir müddət əvvəl komandanın bəzi futbolçularının məvaciblərin azaldılmasına razı olmadığı bildirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest