Əfsanəvi futbolçu Kafu Neymarla Messini müqayisə edib. Matc.az xəbər verir ki, braziliyalı öz yerlisi haqda xoş sözlər söyləyib:

"Texnika və bacarıq cəhətdən dünyada Neymara çatan futbolçu yoxdur. Messini sevsəm də, bunu deməliyəm. Neymar fərq yarada biləcək bir oyunçudur. Sadəcə, məsuliyyəti üzərinə götürməli və liderlik bacarığı olmalıdır. O, Braziliyanın ümididir. Neymar istəsə, meydanda bütün futbolçular onun arxası ilə qaçar. Bu da onun başqa bir dünyadan olduğunu deməyə əsas verir".

Qeyd edək ki, hazırda PSJ-də çıxış edən Neymarın yayda "Barselona"ya keçəcəyi iddia edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest