“Liverpul” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində öz meydanında “Atletiko”ya 2:3 hesabı ilə məğlub olub.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu məğlubiyyətlə, “qırmızılar”ın ev oyunlarındakı məğlubiyyətsizlik seriyası başa çatıb.
 
Komanda bütün turnirlər nəzərə alınmaqla öz meydanında 42 oyun uduzmamışdı. “Liverpul” bu oyunlarda 37 qələbə, 5 bərabərlik əldə edib.
 
Bundan başqa, Mersisayd təmsilçisi son 6 ildə ilk dəfə avrokuboklarda öz meydanında məğlub olub. İngilislər “Enfild Roud”da sonuncu məğlubiyyəti 2014-cü ilin oktyabrında, “Real”dan almışdı – 0:3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest