Matç "dəmiryolçular"ın qələbəsi ilə yekunlaşıb. Birinci hissədə 25:20 hesabı ilə qalib gələn Xanlar Ələkbərovun komandası ardınca rəqibini 25:21 hesabı ilə məğlub edib. Onlar üçüncü hissəni də 25:22 hesabı ilə öndə bitirərək, yekunda 3:0 hesablı qələbəyə seviniblər.

Bu gün kişi voleybolçular arasında növbəti matçlar keçirilib. Matc.az xəbər verir ki, "Sərhədçi" Olimpiya İdman Mərkəzində günə "Express" və "Azərreyl" arasında keçirilən oyunla start verilib.
 
Matç "dəmiryolçular"ın qələbəsi ilə yekunlaşıb. Birinci hissədə 25:20 hesabı ilə qalib gələn Xanlar Ələkbərovun komandası ardınca rəqibini 25:21 hesabı ilə məğlub edib. Onlar üçüncü hissəni də 25:22 hesabı ilə öndə bitirərək, yekunda 3:0 hesablı qələbəyə seviniblər.
 
Ardınca "Sərhədçi" "Xilasedici" ilə üz-üzə gəlib. Qarşılaşmada sensasiya baş verməyib. Birinci hissəni 25:9 hesabı ilə aktivinə yazan "Xilasedici" rəqibini növbəti setlərdə müvafiq olaraq, 25:20 və 25:17 hesabı ilə məğlub edib – 3:0.
 
Günə "Murov"la MOİK arasında qarşılaşma ilə yekun vurulub. Görüşdə Fərid Cəlalovun komandası növbəti qələbəsini qazanıb. Onlar hər 3 seti 25:17 hesabı ilə aktivlərinə yazıblar – 3:0.
 
Bu matçlardan sonra "Xilasedici" yenidən ilk pilləyə yüksəlib. 8 oyundan 21 xal toplayan komanda "Neftçi"ni set fərqində keçib. "üçlüy"ü qapayan "Murov" isə 20 xala malikdir.
 
9 görüşdən 16 xal yığan MOİK turnir cədvəlində 4-cüdürsə, onlardan 1 görüş az oynayan "Azərreyl" 9 xalla 5-cidir. 6 xala malik "Exspres" 6-cı yerdə qərarlaşıb. Son iki pillədə olan Gürcüstan (4 oyun) və "Sərhədçi" (8) hələ xal yığmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest