"Bavariya" futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "çelsi"ni məğlub edib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən qarşılaşmada Münhen təmsilçisi yeni rekorda imza atıb.
 
Belə ki, "Bavariya" çempionlar Liqasında bu mövsüm ardıcıl 7-ci oyundu qələbə qazanır.
 
"Bavariya" qrup mərhələsinin 6 oyununda da meydanı 3 xalla tərk etmişdi. Münhen təmsilçisi Almaniya klubları arasında çL-də ardıcıl 7 oyunda qələbə qazanan ilk komanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest