"Barselona" çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Napoli" ilə qarşılaşıb.
 
Matc.az xəbər verir ki, 1:1 hesabıyla bitən qarşılaşma Kataloniya təmsilçisinin kapitanı Lionel Messi üçün əlamətdar olub. Belə ki, "Napoli" ilə matç argentinalı futbolçunun çL-dəki 141-ci oyunu olub.
 
Messi çempionlar Liqasında oyun sayına görə "Mançester Yunayted"in keçmiş futbolçusu Rayan Giqqzə çatıb. Hazırda Uels millisinin baş məşqçisi olan Giqqz, futbolçu kimi çL-də 141 matça çıxıb.
 
çempionlar Liqası tarixində ən çox oyuna çıxan isə "Real"ın sabiq futbolçusu İker Kasilyasdır – 177 oyun.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest