Futbol üzrə Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
"Kasımpaşa" "Dənizlispor" üzərində inamlı qələbəyə sevinib.
"Rizəspor"un qonağı olan "Başakşəhər" isə çətin qələbə ilə turnir cədvəlində ilk pilləni ələ keçirib.
Türkiyə Super Liqası
23-cü tur
21 fevral
Sivasspor – Alanyaspor 1:0
Qol: M.Yandaş, 9-pen.
22 fevral
Kayserispor – Konyaspor 2:2
Qol: Kravets, 45+3. P.Enrike, 87 – O.Şahiner, 8. Haciahmetoviç, 44.
Göztəpə – Qaziantep 1:1
Qol: Jerom, 71 – Diarra, 90+1.
Beşiktaş – Trabzonspor 2:2
Qol: Boatenq, 57. Vida, 64 – Sorlot, 5; 90+2.
23 fevral
Yeni Malatyaspor – Antalyaspor 1:2
Qol: U.Bulut, 29 – Fredi, 8. Podolski, 89.
Gənclərbirliyi – Ankaragücü 1:0
Qol: Sio, 74.
Fənərbaxça – Qalatasaray 1:3
Qol: Kruse, 21-pen – Donk, 40. Falkao, 79-pen. Onyekuru, 90+7.
24 fevral
Kasımpaşa – Dənizlispor 2:0
Qol: Breçka, 22. Hayradinoviç, 83.
Rizəspor – Başakşəhər 1:2
Qol: A.Umar, 60 – Vişça, 43-pen. Şkrtel, 90+1.