Rusiyanın “Ufa” klubu İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Çinin “Dalyan İfan” klubu ilə üzləşib.
 
Başqırdıstan klubu bu görüşdə darmadağına sevinib. “Ufa” məşhur ispaniyalı mütəxəssis Rafael Benitesin çalışdırdığı “Dalyan İfan”ın qapısına 4 qol vurub. Çinlilərin gücü yalnız təsəlli qoluna çatıb – 4:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest