"Onlar həqiqətən də təhlükəli rəqibdirlər. Ancaq biz də yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, sərfəli nəticə qazanaq"

"çempionlar Liqası hər zaman xüsusi duyğular verir. Bu gün ən yaxşı futbolumuzu göstərməliyik". Matc.az xəbər verir ki, bunu "Atalanta"nın baş məşqçisi Pyero Qasperini deyib.

İtaliya təmsilçisi bu gün çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda  "Valensiya"nı qəbul edəcək. Qasperininin fikrincə, komandası rəqiblə arxayın davranmamalıdır: "Unutmayaq ki, "Valensiya" səfərdə "Ayaks" və "çelsi"ni məğlub edib. Onlar həqiqətən də təhlükəli rəqibdirlər. Ancaq biz də yaxşı hazırlaşmışıq. çalışacağıq ki, sərfəli nəticə qazanaq. Heyətdə zədəli oyunçumuz yoxdur. Hamı döyüşü gözləyir".

"Valensiya"nın baş məşqçisi Albert Selades isə bildirib ki, yetirmələri çox hücum edən komandaya qarşı oynayacaq: "Onlar A Seriyasının ən məhsuldar komandasıdır. "Atalanta" parlaq mövsüm keçirir. Bu komanda irəli getməyi sevir. Heyətdə itkilərimiz var. Zədələrdən əziyyət çəkirik. Bütün oyunçuların matçda iştirak etməməyi bizi məyus edir.  Digər tərəfdən, qalan futbolçuların özünü sübut etmələri üçün əla fürsət var. Ancaq şərtlərə uyğunlaşmaq lazımdır. Səfərdə o qədər də yaxşı çıxış etməsək də, "çelsi" və "Ayaks"a qarşı qələbə qazanmağı bacarmışdıq. ümumiyyətlə, çempionlar Liqasında ardıcıl yaxşı futbol nümayiş etdiririk. Hazırda bütün diqqətimiz bu görüşdədir".

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest