UEFA yeni mükafat təsis edib. Matc.az xəbər verir ki, bundan sonra Çempionlar Liqasının pley-off görüşlərinin ən yaxşı futbolçuları mükafatlandırılacaq.

"Qaliblər Çempionlar Liqasının 1/8 final oyununda stadionda müəyyənləşəcək. Final fitindən sonra oyunçu vacib epizodlardakı roluna, taktiki yetkinliyə, ixtiraçılığa, üstün texnikaya və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə mükafat alacaq" - deyə, UEFA-nın rəsmi saytında bildirilib.

Qeyd edək ki, pley-off görüşləri sabah start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest