“Mançester Yunayted” azarkeşləri rəhbərliyə etiraz etməyə hazırlaşır. Matc.az xəbər verir ki, azarkeşlər fevralın 1-də “Vulverhempton”a qarşı keçiriləcək oyunda kütləvi şəkildə stadionu tərk edəcəklər.

Mançester təmsilçisinin  58 il sonra evdə “Bernli”yə (0:2) uduzması azarkeşlərin səbrini tükədib. Onlar artıq klub rəhbərliyini ciddi şəkildə tənqid edirlər. Buna görə də tərəfdarlar sözügedən oyunun 58-ci dəqiqəsində rəhbərliyə etiraz olaraq stadionu tərk edəcəklər.

Qeyd edək ki, “qırmızı şeytanlar” hazırda turnir cədvəlində 5-ci pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest