Knyajnanı təmsil edən "Konkordiya" 1957-ci ildə yaradılıb. 63 illik tarixə malik klubun ən böyük uğuru Liqa kubokunun finalına yüksəldiyi 2015-2016-cı illər mövsümünə təsadüf edib. Ötən mövsüm Liqa1-də 14-cü yeri tutan komanda aşağı dəstəyə yuvarlanıb.
				  
 
	Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Antalya toplanışındakı sonuncu yoxlama oyununda Rumıniyanın "Konkordiya" klubu ilə üz-üzə gəlib.
	
Görüş "Arkadia" meydançalarında baş tutub. Elmar Baxşıyevin yetirmələrinin qonşu ölkədəki 4-cü matçı Bakı vaxtı ilə saat 18:30-da başlayıb.
Görüş "Arkadia" meydançalarında baş tutub. Elmar Baxşıyevin yetirmələrinin qonşu ölkədəki 4-cü matçı Bakı vaxtı ilə saat 18:30-da başlayıb.
	Knyajnanı təmsil edən "Konkordiya" 1957-ci ildə yaradılıb. 63 illik tarixə malik klubun ən böyük uğuru Liqa kubokunun finalına yüksəldiyi 2015-2016-cı illər mövsümünə təsadüf edib. ötən mövsüm Liqa1-də 14-cü yeri tutan komanda aşağı dəstəyə yuvarlanıb. Cari çempionatın 19 turunda 21 xal toplayan Knyajna təmsilçisi qış fasiləsinə 20 komanda arasında 16-cı yerdə yollanıb.
	
"Qəbələ"nin bu rəqiblə oyunu məhsuldar alınıb. Azərbaycan klubu iki dəfə hesabda önə keçməsinə baxmayaraq, sonda bu görüşdən heç-heçə ilə ayrılıb.
"Qəbələ"nin bu rəqiblə oyunu məhsuldar alınıb. Azərbaycan klubu iki dəfə hesabda önə keçməsinə baxmayaraq, sonda bu görüşdən heç-heçə ilə ayrılıb.
	Xatırladaq ki, bunadək üç yoxlama oyunu keçirən "Qəbələ" Macarıstanın MTK (0:3), Rusiyanın "çayka" (3:0) və Bolqarıstanın "Etar" (0:0) klubları ilə üz-üzə gəlmişdi.
	Yoxlama oyunu
	25 yanvar
	"Qəbələ" – "Konkordiya" (Rumıniya) 2:2
Qol: Asif Məmmədov, 21. Amin Seydiyev, 52.
Qol: Asif Məmmədov, 21. Amin Seydiyev, 52.
	"Arkadia" meydançaları.
	Qəbələ: Tərlan Əhmədli, Asif Məmmədov, Sadiq Quliyev, Amin Seydiyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Fernan Lopes, Murad Musayev, Rövlan Muradov, ülvi İsgəndərov, Yusif Nəbiyev.
				
         	
                                             
               
 
             
 







_1761922707.jpg)


_1761919595.jpg)



_1761913751.jpg)
