çempionlar Liqasının qrup mərhələsində "Tottenhem" üzərində 3:1 hesablı qələbə qazanan "Bavariya" əvəzində hücumçusu Kinqsli Komanı itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 23 yaşlı futbolçu görüşün 27-ci dəqiqəsində zədələnərək əvəzlənib.

Fransa millisinin üzvü bu gün tibbi müayinədən keçib. Məlum olub ki, Komanın sol dizində ciddi zədə var. Futbolçu artıq müalicəyə başlayıb. Lakin onun nə zaman sağalacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Koman bu mövsüm 12 matçda iştirak edib, 1 qol, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest