Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, dünən baş tutan qarşılaşmalardan sonra bütün 1/8 finalçılar bəlli olub. Keçirilən matçlardan sonra bir sıra yeni rekordlar da qeydə alınıb.

çempionlar Liqasında (çL) qrup mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, dünən baş tutan qarşılaşmalardan sonra bütün 1/8 finalçılar bəlli olub.

Keçirilən matçlardan sonra bir sıra yeni rekordlar da qeydə alınıb.

- Qrup mərhələsində baş tutan oyunlarda ümumilikdə 308 qol vurulub. Bu isə turnirdə yeni rekorddu. Əvvəlki rekord 2017-18 mövsümündə 306 qol olub. Ən çox qol 76-90-cı diqəqələrdə qeydə alınıb (62). 61-75-ci dəqiqələrdə 51 top vurulub. Rəqib qapılarından ən çox topu "Bavariya" (24) keçirib.

- çempionlar Liqası tarixində ilk dəfə 1/8 finala adlayan komandaların hamısı "böyük beşlik" ölkələrinin təmsilçiləridi. Pley-offda İngiltərə, İspaniya 4, Almaniya, İtaliya 3, Fransa isə 2 komanda ilə təmsil olunacaq.

- Bu mövsüm qrup mərhələsində ümumilikdə 9 het-trik qeydə alınıb. Bu da çL tarixi üçün yeni rekorddu.

- "Şaxtyor" üzərində böyükhesablı qələbə qazanan (3:0) "Atalanta" qrupda ikinci yeri tutub. A seriyası təmsilçisi ilk üç oyunda məğlub olduqdan sonra qrupdan çıxmağı bacaran ilk komanda kimi çL tarixinə düşüb. 2002-03 mövsümündə "Nyukasl" eyni nəticəni təkrarlasa da, bu, pley-off üçün yetərli olmayıb.

- "Atalanta" tarixində ilk dəfə pley-offa adlayıb. A seriyası təmsilçisi bunu bacaran 9-cu İtaliya komandası olub.

- "Tottenhem"i məğlub edən (3:1) "Bavariya" qrup mərhələsində 6 qələbə qazanan yeganə komanda olub. Münhenlilər eyni zamanda çL tarixində qrupda 18 xal toplayan ilk Almaniya klubu olub. Almanlara qədər "Real", "Milan", PSJ, "Spartak" (Moskva) və "Barselona" bunu bacarıb. "Bavariya" həm də +19 top fərqi ilə qrupu tamamlayıb ki, bu da yeni rekorddu. Bu baxımdan əvvəlki rekord +17 qolla "Real"da (2011-12) olub.

- "Bayer"lə qarşılaşmada çərçivəni qoruyan "Yuventus"un qapıçısı Canluici Buffon qapısını toxunulmaz saxlamağı bacarıb (2:0). Bununla o, çempionlar Liqasında 51-ci "quru" oyununu keçirib və Edvin van der Sarı qabaqlayaraq, ikinci pilləyə yüksəlib. Bu baxımdan liderlik İker Kasilyasa məxsusdu - 57 "quru" oyun.

- Qrup mərhələsini "Bavariya"nın hücumçusu Robert Levandovski bombardir kimi tamamlayıb. 31 yaşlı forvard 5 oyunda 10 qola imza atıb. Bununla polşalı ardıcıl ikinci dəfə qrupların ən məhsuldar oyunçusu adını qazanıb. Levandovski ötən mövsüm 8 topla bunu bacarmışdı.

- Zaqreb "Dinamo"su ilə qarşılaşmada het-trikə imza atan "Mançester Siti"nin hücumçusu Qabriel Jezuş çL-də qollarının ümumi sayını 10-a çatdırıb. O, bunu 22 yaş 252 günlüyündə bacarıb. Jezuş bununla turnirdə 10 qol həddinə çatmış ən gənc braziliyalı ünvanına sahib çıxıb. Əvvəlki rekord isə PSJ-nin hücumçusu Neymara məxsus idi.

- "Mançester Siti" Pep Qvardiolanın rəhbərliyi altında 500-cü qolunu vurub. Bu həddə çatmaq üçün "şəhərlilər"ə 199 oyun kifayət edib.

- "Lokomotiv"lə qarşılaşmada start heyətində çıxış edən "Atletiko"nun yarımmüdafiəçisi Koke baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında 400-cü matçını keçirib. 2009-cu ildən madridlilərin formasını geyinən 27 yaşlı oyunçu bununla yeni rekord müəyyənləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest