Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Komandamız yanvarda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə Famil Ağayev, Vasif Talıbov və Eldar Yusifovdan ibarət "trio"nun rəhbərliyi altında çıxacaq.

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev açıqlayıb.

Komandamız yanvarda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə Famil Ağayev, Vasif Talıbov və Eldar Yusifovdan ibarət "trio"nun rəhbərliyi altında çıxacaq. Həmin turnirdə Faiq Qarayev özü məsləhətçi olacaq.

Qeyd edək ki, yığmamızın son baş məşqçisi Covanni Kaprara ilə müqavilə sentyabrda başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest