İngiltərənin "Liverpul" klubu UEFA çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə Avstriya "Zalsburq"una 2:0 hesabıyla qalib gəlib. Matc.az xəbər verir ki, sözügedən komanda 2008-ci ildən sonra ilk dəfə çL-də ardıcıl iki səfər matçından qələbə ilə ayrılıb.
 
Xatırladaq ki, "qırmızılar" çL çərçivəsində bundan öncəki səfər matçında da Belçikanın "Genk" klubunu 4:1 hesabıyla üstələmişdi.
 
Yurgen Kloppuun çalışdırdığı "Liverpul" sonuncu dəfə belə bir uğura 2008-ci ilin sentyabr ayında, Rafael Benitesin rəhbərliyi altında imza atmışdı.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqasının lideri 6 oyuna topladığı 13 xalla çL-in pley-off mərhələsinə qrup birincisi kimi vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest