"Barselona" çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı Lionel Messi sözügedən səfər matçının heyətinə daxil edilməyib.

Baş məşqçi Ernesto Valverde Messiyə istirahət verdiyini açıqlayıb. Leo son 8 ildə ilk dəfə çempionlar Liqasında bir görüşün heyətinə daxil edilməyib. Argentinalı futbolçu sonuncu dəfə 2011-ci ildə, BATE ilə keçirilən oyunda heyətdə olmamışdı.

Qeyd edək ki, bu gün keçiriləcək "İnter" – "Barselona" matçı saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest