"Qalatasaray" çempionlar Liqasının (çL) qrup mərhələsinin sonuncu turunda PSJ ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, İstanbul klubu sözügedən görüşə ciddi itkilərlə çıxacaq.

Belə ki, "sarı-qırmızılar" PSJ ilə oyun üçün Fransaya yollanan heyətində Rayan Babel, Sofyan Fequli və Adəm Böyük yer almayıb. Hər üç oyunçu zədə səbəbindən Paris təmsilçisi ilə matçı buraxmalı olacaq.

Qeyd edək ki, sabah keçiriləcək PSJ – "Qalatasaray" matçı saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest