Bu gün çempionlar Liqasında qrup mərhələsinin son turuna start veriləcək. Matc.az saytının məlumatına görə, ilk olaraq E, F, G və H qruplarında oyunlar keçiriləcək.

Qarşılaşmalar öncəsi bəzi komandaların baş məşqçilərinin fikirlərini diqqətinizə çatdırırıq.

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Ən yaxşı oyunumuzu göstərməliyik. "Zalsburq" iki həftə əvvəlki nəticələrdən məmnun idi. Buna görə də, son görüş onlar üçün finala bərabərdi. Biz həlledici matça hazırıq. Onlara yalnız qələbə lazımdı, amma bizim də öz ambisiyalarımız var. Rəqib əla məşqçiyə malik istedadlı komandadı. Bu, bizim üçün mövsümün ən vacib oyunu olacaq. Pley-offda iştirak etməyə layiq olduğumuzu sübut etməliyik. Əsəbi deyiləm, amma gərginlik var. Bu, xüsusi stressdi".

Karlo Ançelotti ("Napoli"nin baş məşqçisi): "çətin qrupda çox yaxşı çıxış etdik, amma komanda A seriyasında baş verənlərdən narahatdı. Bu, psixoloji məqamdı. çempionlar Liqasında "Liverpul"a qarşı matçda daha asan idi, çünki təzyiq o qədər də güclü deyildi. Bu turnirdə pley-offa yüksəlmək bizə əlavə stimul verə bilər".

Frenk Lempard ("çelsi"nin baş məşqçisi): "Böyük oyun olacaq. Futbolçular fiziki cəhətdən hazırdılar. Ancaq çox oyun keçirdiyin zaman asan olmur. Uşaqlara hər cür şərait yaratmağa çalışırıq ki, uğurlu mübarizə aparsınlar. Ev oyunlarımızda daha çox şeyə nail olmaq istəyirik. Erkən qol vurduğunuz zaman bunun görüşün gedişatına təsiri böyük olur".

Antonio Konte ("İnter"in baş məşqçisi): "Zədə səbəbindən itkilərimiz var, bu üzdən ilk matçla müqayisədə bəzi dəyişikliklər etməliyəm. Komandanı elə hazırlayacam ki, oyun üstünlüyümüzdən yararlanaq, eyni zamanda rəqibin güclü keyfiyyətlərinin təsirini minimuma endirək. "Barselona"nın kombinasiyalı oyununun asanlıqla öhdəsindən gələ biləcəyimizi düşünmək ağılsızlıq olar. Amma cəsarətlə oynamalı, müdafiədə diqqətli davranmalı və rəqibə problem yaratmaq üçün əlimizdən gələni etməliyik. Düşünürəm ki, komandam mövsümün əvvəlindən bəri oyun baxımından ciddi irəliləyişlər əldə edib".

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Güman edirəm ki, "İnter" optimal heyətlə oynayacaq və başının üstündən tullanmağa çalışacaq. Bu rəqib "Nou Kamp"da həyatımızı xeyli çətinləşdirmişdi. İndi döyüşmək niyyətində olduğumuz İtaliyaya gəldik. Bu, komandamız üçün vacib testdi. Bəli, 1/8 finala yüksəlmişik, lakin hədəfimiz dəyişmir - qələbə qazanmaq istəyirik".

Lüsyen Favr ("Borussiya"nın baş məşqçisi): "Slaviya" qrupda "Barselona" və "İnter"lə bərabərə qalıb. Bilirik ki, rəqib güclü komandadı. Hər kəs "İnter"lə "Barselona"nı müzakirə edir, heç kim "Slaviya" barədə danışmır. Hər matçda 132 kilometr məsafə qət edən, çox çalışqan və aqressiv komandadı".

Rudi Qarsiya ("Lion"un baş məşqçisi): "Timo Verneri çox yaxşı tanıyıram, komandam ötən il ona qarşı oynayıb. Sürətli və çox təsirli hücumçudu, amma ondan qorxmamalıyıq. Onların imkanları həddində oynamaq lazımdı. Bu cür matçlar üçün kluba gəlmişəm. Futbolçularımız təhlükənin nə olduğunu başa düşürlər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest