"Liverpul" yarımmüdafiəçisi Fabinyonu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, çempionlar Liqasının qrup mərhələsində "Napoli" ilə keçirilən qarşılaşmada baş verib.

1:1 hesabı ilə nəticələnən matçın 19-cu dəqiqəsində zədələnən Fabinyo əvəzlənməli olub. "Qırmızılar"ın baş məşqçisi Yurgen Klopp oyunçusunun durumu barədə məlumat verib.

Almaniyalı mütəxəssis Fabinyonun topuq nahiyəsindən xəsarət aldığını, dəqiq diaqnozun bugünkü müayindən sonra qoyulacağını söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest