Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Olimpiakos"a 4:2 hesabıyla qalib gələn "Tottenhem" pley-offa vəsiqə qazanıb. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu nəticəylə, londonluların baş məşqçisi Joze Mourinyo turnirin tarixinə düşüb. 
 
Belə ki, portuqaliyalı məşqçi, 6 fərqli klubla çempionlar Liqasının qrup mərhələsini geridə qoyan ilk mütəxəssis olub. Mourinyo "Tottenhem"ə qədər "Portu", "çelsi", "İnter", "Real" və "Mançester Yunayted"lə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest