çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib. Matc.az saytının məlumatına görə, A, B, C və D qruplarında keçirilən oyunlardan sonra daha bir neçə komanda 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

"Bavariya"nın səfərdə "Srvena Zvezda"nı darmadağın etdiyi (6:0) gündə "Tottenhem" doğma arenasında "Olimpiakos" üzərində 4:2 hesablı qələbə qazanıb. "Mançester Siti" gözlənilmədən öz meydanında "Şaxtyor"la bərabərə qalıb. Günün mərkəzi oyunlarında "Real"la PSJ "sülh" bağlayıbsa, "Yuventus" "Atletiko"nu 1 qolla üstələyib.

Nəhəng klubların baş məşqçiləri baş tutan oyunlardan sonra fikirlərini bölüşüblər...

Mauritsio Sarri ("Yuventus"un baş məşqçisi): "Bu gün yaxşı oynadıq. A seriyasının ötən oyununda çox güc sərf etdik, ona görə də, matçın sonlarında yorğun idik. Ancaq çempionlar Liqası oyunları daxili çempionat görüşləri ilə müqayisədə bizi daha çox motivasiya edir. Avropa arenasında daha hücum futbol oynayırıq. Kriştianu Ronaldonu sona qədər meydanda saxladım. çünki onu motivasiya edəcək bir qol vurmasını istəyirdim".

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Komandam öz gücünü göstərdi. Ancaq futbolda hər şey olur, baş verənlərlə barışmaq lazımdı. Yaxşı oyun keçirdik, amma hücumda təsirli deyildik. çox imkanlar yaratdıq, qol vura bilmədik. Rəqib isə qoldan başqa heç nə etmədi".

Zinəddin Zidan ("Real"ın baş məşqçisi): "Başdan sona qədər hər şeyi bəyəndim. Bu, şou idi, ancaq təkcə bizimkilər yox, parislilər də çox yaxşı oynadılar. İnkişafa davam edirik. Oyunçularım qələbə qazanmağa layiq idilər".

Tomas Tuxel (PSJ-nin baş məşqçisi): "Bu, ən yaxşı oyunumuz deyildi. Futbolçular matçın əvvəlində səviyyələrinə uyğun oynamırdılar. Komandada yetərincə inam, cəsarət yox idi. Rəqib də son 3 ildə çempionlar Liqasını qazanan komanda idi. Buna görə də, çətin oldu. Ancaq xarakter göstərdik, təslim olmadıq.

Pep Qvardiola ("Mançester Siti"nin baş məşqçisi): "İlk hissədə topla düzgün oynamadıq, hücumları mümkün qədər tez başa çatdırmaq istədik. Buna görə də müdafiəçilərimiz topu itirdikdən sonra ona nəzarəti ələ almağa vaxt tapmadılar. İkinci hissədə daha yaxşı kombinasiyalar qurduq, ancaq "Şaxtyor"un oyun tərzi bizə çətinlik yaratdı. Əsas məqsəd qrupdan çıxmaq idi, buna da nail olduq. Fevraldan etibarən bu turnir daha da çətinləşəcək".

Hans-Diter Flik ("Bavariya"nın baş məşqçisi): "Əgər Levandovski haqda danışırıqsa, onun peşəkarlığına və məşq prosesinə yanaşmasına fikir vermək lazımdı. O, həmişə tələb olunduğundan daha artığını edir. Buna görə daim inkişafdadı. Hazırda o, əsl silahdı".

Joze Mourinyo ("Tottenhem"in baş məşqçisi): "Ən çətin an buraxılan qollar yol, ilk yarıda etdiyim əvəzləmə idi. Bu, həm oyunçunu, həm də məni incitdi. Erik Dayer hər şeyi başa düşməlidi. O, çox ağıllıdı və bunun komandanın xeyrinə olduğunu bilir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest