çempionlar Liqasının qrup mərhələsinin V turunda "Olimpiakos"la keçirilən oyun "Tottenhem"in hücumçusu Harri Keyn üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, London təmsilçisinin rəqibi üzərində 4:2 hesablı qələbə qazandığı görüşdə ulduz futbolçu dubla imza atıb.

Keyn bununla çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Belə ki, o, bu turnirdə ən tez müddətdə 20 qol vuran oyunçu olub. 26 yaşlı forvard bunu 24 oyunda gerçəkləşdirib. İndiyə qədər rekord 26 matçda 20 dəfə fərqlənən Alessandro Del Pyeroya məxsus idi. Siyahıda üçüncü sırada olan Rud van Nistelroya isə bunun üçün 27 oyun lazım olub.

Qeyd edək ki, xallarının sayını 10-a çatdıran "Tottenhem" son tur öncəsi 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest