 
 
	Kolumbiya millisinin düşərgəsində zədələnən "Real"ın futbolçusu Xames Rodriqesin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 
	Bu barədə AS nəşri məlumat yayıb. Xames "Real"ın çempionlar Liqasında PSJ ilə qarşılaşacağı oyunda iştirak etməyəcək.
	"Real" – PSJ matçı noyabrın 26-da keçiriləcək.
	Xames bu mövsüm "Real"la 9 oyuna çıxıb və 1 qol vurub.
				
         	
                                             
               
 
             
 















