Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə Moskva ÇSKA-sı ilə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb və kubokla vidalaşıb – 0:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest